воскресенье, 26 апреля 2015 г.

Faiq Ağayev: "Çox üzgünəm, doğma bir adamımı itirdim..."


"Çox üzgünəm, doğma bir adamımı itirdim... "

Xalq artisti Faiq Ağayev görkəmli bəstəkar-müğənni, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiti Polad Bülbüloğlunun anası Adilə xanımın vəfatından kədərlənləndiyini bu sözlərlə ifadə edib.

ANS PRESS-in məlumatına görə, Faiq Ağayev kədərini sosial şəbəkədə hər kəslə paylaşaraq, Polad Bülbüloğluna başsağlığı verib: 

"Bu bəd xəbər çox pis etdi məni... İllərlə şəxsən tanıdığım mehriban, qayğıkeş, olmazın diqqətçil bir insanı, fədakar bir ananı itirdik bu gün.
Böyük Bülbülün yadigarı, əziz Adilə xanım əbədiyyətə qovuşdu. Çox üzgünəm, doğma bir adamımı itirdim... Uca Tanrı səbr versin sizə, sayqı dəyər Polad müəllim! Allah rəhmət eləsin, Cənnətlə şərəfləndirsin bu ananı!"

Xatırladaq ki, dünən Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova 2015-ci il aprel ayının 25-də ömrünün 93-cü ilində vəfat edib.

Adelaida xanım Məmmədova Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun anasıdır. Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tbilisi şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir.

Комментариев нет: