четверг, 9 апреля 2015 г.

"Xarici görünüşümə lağ edirlər" - aktrisanın qızı

 Aktyor Brus Uillis və aktrisa Demi Murun böyük qızları Rumer kameralar qarşısında göz yaşlarını tuta bilməyib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 26 yaşlı qız uşaq vaxtı zahirən anasına bənzəmədiyi üçün çox əziyyət çəkdiyini deyib. O, hər zaman gözəl və məşhur anası ilə müqayisə olunduğu üçün plastik əməliyyat etdirmək istədiyini bildirib:
"İnsanlar mənim kişiyə oxşadığımı, hətta bəzən çirkin olduğumu deyirlər. Xarici görünüşümə görə həmişə lağ obyekti olmuşam. İllər boyu bəlkə əməliyyatla üzümü dəyişdirib arıq olsam, onlara cavab verə biləcəyimi fikirləşmişəm"
O sırada kiçik qızı Talulah ilə birlikdə tamaşaçılar arasında olan Demi Mur da göz yaşlarını saxlaya bilməyib.
 
 
 

 

 

 

Комментариев нет: