понедельник, 27 апреля 2015 г.

95 yaşlı kişi mavi səmada belə "qanad çalır" - Video

ABŞ-da  95 yaşlı bir sakin təyyarə idarə etməklə adını ginesin rekordlar kitabına yazdırıb. 
Peter Veber öz bacarığı ilə dünyadakı bütün insanlardan fərqləndiyini gerçəkləşdirdiyi uçuşla nümayiş etdirib.
2007-ci ildə Kolorado ştatından olan Koul Kugelin dünya rekordu vurmasından sonra, heç kəs ahıl yaşında təyyarə sükanı arxasına keçməyə risk etməmişdi. Bu ənənəyə son qoyan 95 yaşlı Peter köməkçi pilota ehiyac olmadan, təkbaşına təyyarəni havaya qaldırıb və heç bir səhvə yol vermədən onu yerə endirib.
Gines rekordlar kitabının mütəxəssisləri uçuş gerçəkləşən vaxt ərazidə olmadığından,  həmin görüntüləri araşdırdıqdan sonra yeni dünya rekordunun qeydə alındığını təsdiqləyib. 96 yaşını qeyd etməyə hazırlaşan amerikalı, dünyadan köçmədən rekord vurduğuna görə çox sevindiyini gizlətmir.
Dünya rekordu onun üçün yeni anlayış olsa da, Peter deyir ki, uçmaq onun çoxdankı adətidir. Ömrünün böyük bir hissəsini ABŞ  hava qüvvələrinə xidmətdə keçirən bu şəxs, nə işindən, nə sənətindən, nə də uçmaqdan əl çəkir. 95 yaşlı Peter Veber ayda azı 2 dəfə təyyarə səfərinə çıxmaqla  pilotluq karyerası ərzində yaşadığı xatirələri  özü ilə birgə həyatda saxlamağa çalışır.

Комментариев нет: