среда, 15 апреля 2015 г.

Ağadadaş Ağayevin ilk evliliyi uğursuz olub

 
Xalq artisti Ağadadaş Ağayev ilk nikahının uğursuzluğundan danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “Yeri gəlmişkən” verilişində valideynlərinin istəyi ilə qurduğu ailənin uzunömürlü olmadığını deyib:
“Azərbaycanlı valideynlərin dünyada analoqu yoxdur. Onlar bütün ömürlərini övladlarına və onların uşaqlarına həsr edirlər. Gənclər sevib ailə qurmalıdırlar. Valideyn fikrini bildirməlidir, ancaq müdaxilə etməsinin əleyhinəyəm. Mənim ailə həyatımda da əvvəlcə ana-ata qərarı olub. Ancaq o nikah mənə uğur gətirmədi. Ona görə də indi mən övladlarıma heç vaxt heç bir məcburiyyət qoymamışam. Valideynin missiyası uşağına ürəyi istəyən, ənənəmizə uyğun toy etməkdir. Gənclərimiz isə böyüklərin təcrübəsindən məcburiyyət olmadan istifadə etməlidirlər. Ailə gözəl olanda adamın ömrünə ömür əlavə olunur”.
Qeyd edək ki, A.Ağayevin ilk evliliyindən Kamil adlı bir oğlu var.

Комментариев нет: