Aparıcı Burcu Esmersoy "Barselona"nın futbolçusu Neymar ilə sevgili olması haqqında gəzən xəbərlərə aydınlıq gətirib.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, o, sadəcə futbolçu üçün keçirilən tədbirdə aparıcı kmi nəzərdə tutulduğunu deyib:
"Türkiyədə "idman aparıcısı" deyəndə ağıla gələn ilk adamam. Belə bir iş üçün məndən başqa kimsə ola bilməzdi. Amma tədbir baş tutmadı. Sadəcə hava limanında onu yola salmağa getdik və orda foto çəkdirdik. Belə bir kiçik hadisədən çıxan söz-söhbət təəccüblüdür".
Комментариев нет:
Отправить комментарий