вторник, 7 апреля 2015 г.

"Mən və əhatəm elələrini qəbul etmirik" - Müğənni iddialı danışdı



İfaçı Elçin Hüseynəliyev bəzi həmkarlarının bostanını daşlayıb.
İfaçı ATV.az-a açıqlamasında sırğa taxan, üz-qaş alan həmkarlarını qəbul etmədiyini açıq-aşkar etiraf edib: "Hər kəsin fərqli oxu tərzi var. Və bu oxu tərzinə görə də hər ifaçının xüsusi geyim tərzi, imici var. Elə ifaçılar var ki, sırğa taxırlar, üz-qaşlarına əl gəzdirirlər, saqqal saxlayırlar.  Mən və əhatəm elələrini qəbul etmirik. Onları da qəbul edənlər məni qəbul etmirlər. Bu da tam normal bir şeydir".

Комментариев нет: