Tanınmış şoumen Murad Dadaşov hər ilin sonunda artıq vərdiş etdiyi adətlərindən danışıb.
ATV.az-a danışan Murad Dadaşov açıqlamasında bildirib: "Həyat çox fanidir. Hər ilin sonunda nə qədər insanın adını telefon kitabçamdan silirəm. Çünki həmin kəslər dünyasını dəyişir. Çox dəhşətli həqiqətdir. İnsanlar müvəqqətidir. Bu hərəkət də artıq məndə vərdişə çevrilib".
Комментариев нет:
Отправить комментарий