Fransa mətbuatının yaydığı xəbərə görə, Yaponiya Aya hərəkət edən robot göndərmək istəyir.
ATV.az xəbər verir ki, robotun Aya 2018-ci ildə göndərilməsi planlaşdırılır. Aya müşahidə üçün göndəriləcək robotun 76-115 min evroya başa gələcəyi bildirilib.
Yaponlar aya göndəriləcək robotun adını “Ağıllı robot” qoyub və onun Ayda xüsusi missiyası olacağını bildirib.
Belə ki, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi bildirib ki, hazırda robotun “yumşaq eniş” adlı texnologiyası üzərində işlənilir. Aya kəşfiyyat məqsədi ilə göndəriləcək robot, Ayda və hətta Marsda həyat olub olmadığını dəqiqləşdirəcək.
Robotun üzərində asan tanıma və yumşaq eniş texnologiyası təkmilləşdirilir.
Комментариев нет:
Отправить комментарий