понедельник, 27 апреля 2015 г.

Bu paltar tanımadığı adama “hücum edir” - Video

Belçikada dünyanın ən qəribə paltarlarından biri dəb həvəskarlarına təqdim olunub.  Boynunda hörümçəyi xatırladan ayaqlar olan geyim, yad insanın yaxınlaşdığını görən kimi dərhal hərəkətə keçir. İrəliyə doğru açılan hörümçək ayaqları həmin insana, bu paltarı geyinən xanımdan necə\ deyərlər uzaq durmağı məsləhət görür.
Təsəvvür edin ki, əynindəki paltarınız sizə yaxınlaşmağa çalışan tanımadığınız bir insana hücum edir. Hollandiyada bir dizayner bunu təsəvvür edib və düşündüklərini reallaşdırıb. Belçikanın paytaxtı Brüsseldə ictimaiyyətə təqdim olunan geyim hörümçək instinkti əsasında ərsəyə gətirilib. Yad bir adamın yaxınlaşdığını dərhal anlayan paltardakı hörümçək ayaqları dərhal açılaraq, həmin insana uzaq durmaqla bağlı xəbərdarlıq edir.
3D  texnologiyası əsasından hazırlanan paltarın üstündə bir neçə sifət cizgilərini ayırd edən kamera yerləşdirilib. Bu kameranın müşahidə etdiyi görüntülər məlumat kimi paltarın üzərindəki ayaqlara ötürülür. Geyimin üzərindəki hörümçək ayaqlarının irəliyə doğru açılması, qarşıdakı insana etik şəkildə göndərilən bir mesajdır.
Dizayner Anuk Viprext deyir ki, o bu paltarı hazırlayarkən hörümçəyin davranışlarını əsas götürüb. Bir hörümçəyin təhlükə hiss etdikdə ayaqları ilə özünü qorumağa çalışması, bu qeyri-adi geyimdə öz əksini tapır. Paltarın tanış olmayan insanların yaxınlaşmasına aqressiv reaksiyası əslində müdafiə xarakterlidir. Lakin vitrinlərdə bu cür paltarlar görmək üçün hələ tezdir. Bunu hollandiyalı dizayner özü də etiraf edir. Bu cür paltarların kütləvi istehsalı üçün texnologiyanın bir az da inkişafını gözləmək lazımdır. İndiki şəraitdə bu cür geyim hazırlamaq baha başa gəlir.

Комментариев нет: