среда, 15 апреля 2015 г.

Ayan Xoşqədəmə dəstək olub, ATV-nin prezidentini tənqid etdi

Müğənni Ayan Babakişiyeva aparıcı Xoşqədəm Hidayətqızına dəstək olub.
Axşam.az-ın məlumatına görə, ifaçı X.Hidayətqızı ilə ATV kanalının rəhbərliyi arasında baş verən qalmaqalla bağlı danışıb:
“Bir il bundan əvvəl mənə olunan haqsızlığa görə susmaq istəməsəm də, danışmadım. Amma indi Xoşqədəm xanıma dəstək olmağı özümə borc bildim. Bu xanım heç nəyə baxmadan, hər şeyi gözə alıb yüzlərlə insanı, gözüyaşlı ananı, illərlə bir-birindən uzaq düşənləri qovuşdurub. İndi bu qədər haqsızlığa uğrayır. Vüqar Qaradağlı (kanalın prezidenti – red.) ATV kanalını özünün şəxsi mülkiyyəti hesab edib sifarişli qadağalar qoyur. Niyə? Övladımın atası olan bir məmur mənə bu kanalda qadağa qoyur. Ona görə susuram ki, mənim mənəviyyatım, tərbiyəm və qürurum buna icazə vermir. Həmin məmur bu qədər gücü haradan alır? Mən də bu ölkənin vətəndaşıyam və düşünürəm ki, hər bir azərbaycanlı kimi öz dövlətimdə rahat yaşamaq mənim də haqqımdır”.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızı ATV telekanalından ayrılaq ANS-ə keçib. Bundan sonra “Səni Axtarıram” sözügedən kanalda yayımlanacaq.

Комментариев нет: