среда, 15 апреля 2015 г.

Təranə və Musa evləndilər - FOTO

Mәşhur cütlük rәsmi nikah bağladı Zaur iki mәşhur sәnәtçinin toyunu etdi, Musa Musayev anası ilә qovuşdu. Milli.Az xәbәr verir ki, "A­-dan Z-­yә" verilişinin növbәti buraxılışı fәrqli şou ilә yadda qalacaq. 18 aprel saat 22:00-da ANS TV­-dә Zaur Nәbioğlunun tәqdimatında yayımlanacaq verilişdә iki mәşhurun toyu vә nikah mәrasimi olacaq. 
Zaurun aşkarladığı fakta әsasәn, şou-biznesdә qalmaqallı cütlük kimi tanınan Tәranә Qumral vә Musa Musayev illәr evvәl müәyyәn sәbәbdәn rәsmi nikahlarını pozublar, o zamandan bu zamana rәsmi nikaha daxil olmayıblar vә illәr әvvәl birgә hәyat quranda da Musa Musayevin ailәsi icazә vermәdiyinә görә toy mәrasimi etmәyiblәr. Bunu nәzәrə alan aparıcı bu cütlüyә toy vә rәsmi nikah mәrasimi qurub. Bu mәrasimdә onların yaxınları, ailә dostları, qızları, yeznә vә nәvәlәri dә iştirak ediblәr. Verilişin pavilyonunda toy ab-havası quran Zaur oraya mәşhur sәnәtçilәri dә qonaq dәvәt edәrәk veriliş zamanı çox mәtlәblәrin üstünü açacaq. 
Xatırladaq ki, bir müddәt әvvәl şәxsi hәyatları ilә gündәmә gәlәn cütlüyün bu izdivaclarını Musa Musayevin ailәsi qәbul etmәyib vә Tәranә ilә qurduğu ailәsinә görә qohumları vә ailәsi ondan üz döndәriblər. Bu sәbәbdәn dә verilişin sonunda aparıcı sürpiz edib cütlüyün әn çox xeyir-dua almaq istәdiklәri ananı çәkiliş mәkanına dәvәt edib. Göz yaşları, ilk dәfә edilәn açıqlamalar vә s. ilә bol olan bu buraxılışı izlәyin. 

Комментариев нет: