вторник, 14 апреля 2015 г.

Ayaqqabıları da pul qazanan məşhurlar Video

Siyahını Viktoriya və Devid Bekhem cütlüyü ilə başlayaq.
Şöhrət əldə etdiyi ilk günlərdən əsl moda təqibçisi olan Viktoriya Beckhem qarderobu ilə göz oxşayan tanınmışlardandır. Ulduz həyat yoldaşı Devid Bekhemi də dəb sahəsinə cəlb etməyi bacarıb. Tez-tez populyar markaların nümayişlərinə qatılan, reklam çəkilişlərində iştirak edən və kolleksiyalar hazırlayan cütlük əldə etdikləri pulların yarısını geyimə  sərf edir desək yanılmarıq.
Ən yaxşı geyinən cütlüklər sırasında növbəti pillədə Beyons və Cey-Zi qərarlaşıb. Daha çox hip-hop tərzdə geyinməyi sevən cütlük getdikləri hər yerdə diqqətləri öz üzərlərinə çəkməyi bacarırlar.
Müğənni Adam Levin və onun model həyat yoldaşı Behati Prinslu. Cütlük dəbli görüntüləri ilə şou dünyasına damğa vurublar. Adam Levin daha çox cins şalvar və sadə köynəklərə, həyat yoldaşı Behati Prinslu isə vintaj üslublu geyimləri cinslərlə, modern aksesuarlarla uyğunlaşdırmağı sevir.
Və təbii ki, dəbli cütlük dedikdə Ancelina Coli və Bred Pittin adını çəkməmək mümkün deyil. İllərdir tədbirlərdə, ziyafətlətdə birlikdə görünən ulduz cütlük dəbdəbəli stilləri ilə diqqətləri üzərlərinə çəkməyi bacarıblar.

Комментариев нет: