Müğənni Xatirə İslam mərhum sənətkar Məhəbbət Kazımovun "Mən səni sevən gündən” adlı mahnısını repertuarına daxil edib.
Axşam.az-a açıqlama verən sənətçi bu cür mahnılara müraciət etməsinin səbəbindən danışıb:
“Mən səni sevən gündən" çox yaxşı qarşılandı, bəyənildi. Bu yaxınlarda daha bir sənətkarın mahnısını səsləndirəcəm. Möhtəşəm yenilik olacaq. Son vaxtlar oxunmuş mahnılara üstünlük verirəm. Çünki bəstəkarlardan alınan yeni musiqilər reytinq vermir. Gövhər Həsənzadənin “Biri var burda” mahnısını oxuyanda elə bilirdim ki, sənətimdə dönüş olacaq. Alınmadı... Elə bir bayağı mahnı hit olur ki... Belə halları görəndə dəhşətə gəlirəm. Bu gün səsi, sənəti olmayan gündəmdən düşmür. Mənim işim də, sənətim də göz önündədir. Amma indi bir çox gözəl sənəti, səsi olan ifaçılarımız var ki, işi yoxdur”.
Комментариев нет:
Отправить комментарий