пятница, 24 апреля 2015 г.

Beynindən əkiz bacısı çıxdı

Danışıb-oxumasında problemlər olan, ABŞ-da yaşayan 26 yaşlı Yamini Karanam həkim müayinəsindən sonra qulaqlarına inanmayıb. 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, beynində şiş olmasından şübhələnən Yamininin valideynləri onun baş ağrılarının əsl səbəbini öyrəniblər. 

Aparılan əməliyyatdan sonra məlum olub ki, Y.Karanamın beynində 26 ildir embrionik əkiz bacısı – teratoma var imiş. Teratoma təmizlənsə də, həkimlər Yamininin tamamilə sağalmasını gözləyirlər. 

Teratoma daha çox yumurtalıqlarda və qarın nahiyəsində tapılan embrion olsa da, mütəxəssislər belə halın nadir hallarda baş verdiyini bildiriblər. 

Комментариев нет: