суббота, 11 апреля 2015 г.

Bu şəkil şirin 3 metrliyində çəkilib - Foto

 
Pakistanlı fotoqraf Atif Said şəkil çəkmək üçün az qala həyatından olurmuş.
Belə ki, o, şəklini çəkdiyi şirdən sadəcə 3 metr uzaqda dayanıb. Lakin şirin hücum etmək istədiyini görən Said cəld avtomobilə minərək oradan uzaqlaşıb.
Hər şeyə rəğmən şirin şəklini çəkə bilən fotoqraf, “Onun gücünü göstərməyin yeganə yolu bu idi. Şirin hücum üçün üstümə tullanması ilə mənim maşına minməyim eyni anda oldu” deyib.
Fotoqraf hadisənin dəhşətini indi daha yaxşı başa düşdüyünü, bir daha belə bir şeyə cəsarət edə bilməyəcəyini də qeyd edib.

Комментариев нет: