пятница, 17 апреля 2015 г.

"Buna Xoşqədəm Hidayətqızı özü cavab verməlidir"

Müəllif Hüquqları Agentliyinin (MHA) “Səni axtarıram” televiziya verilişi ilə bağlı şərhinə ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov münasibət bildirib.
Axşam.az-a açıqlama verən M.Məmmədov bu məsələyə telekanalın heç bir aidiyyatı olmadığını söyləyib:
“Verilişin "Səni axtarıram” adı ilə gedəcəyi və ya dəyişdiriləcəyi ilə bağlı məqamlara Xoşqədəm Hidayətqızı özü cavab verməlidir”.
Qeyd edək ki, MHA açıqlamasında verilişin yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana biləcəyəni və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilməsinin mümkünsüzlüyünü bildirib. Verilişin formatının dəyişdirilməsi, digər formatda istifadəsi, retranslyasiyası də həmçinin tərəflərin qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər.

Комментариев нет: