четверг, 9 апреля 2015 г.

Çinli balıqçılar quşla balıq tuturlar - Foto

 
 Çində suyu ən təmiz çaylardan olan Li çayında 1000 ildən bəri balıqçılar qarabatdaq quşları vasitəsilə balıq tuturlar.
 
Milli.Az bildirir ki, rusiyalı fotoqraf Viktoriya Roqotneva Quilin vilayətindəki Li çayının sahillərinə yollararaq əsrarəngiz balıq tutma üsulu ilə bağlı fotoseriya hazırlayıb.
 
Fotoqrafın dediyinə görə, yerli balıqçılar çayda olanda qarabatdaq quşlarının boğazlarını iplə bağlayır və suya buraxırlar. Quşlar balıq tutur, amma boyunlarını sıxan ipə görə uda bilmirlər.
 
Balıqçı da quşun dimdiyindəki balığı tez götürür.














Комментариев нет: