Müğənni İlhamə Qasımovanın Milli.Az-a müsahibəsi.
- İlhamə xanım, gözünüzün önündən nə keçir?
- Heç nə, ağır olan günlərim. Kökəlmişəm, beynimdə arıqlamaqdan başqa heç bir arzu yoxdur indi (gülür).
- Ağır günləriniz çox olub?
- Əlbəttə, hər kəsin ağır günü olub. Hər kəsin problemi, dərdi ona görə ən dözülməzdir. Amma ağır günləri reklam etməkdən xoşum gəlmir. Çünki ağır günlər də insanı başqa cür maarifləndirir. Anlamadığın şeyləri dərk edirsən, ətrafın qara rənglərini də görürsən. Bu da şəxsən məni daha da güclü edir.
- Bəs gücünüzün tükəndiyi anlarda nə edirsiniz?
- Heç nə... Əlimdən nə gəlir axı?! Gücümün bir də nə vaxt olacağını gözləyirəm.
- Hirsinizdən tez-tez “zəncir çeynəyirsiniz”?
- Tez-tez nədir? (gülür). Soruşun, görün ki, sakit vaxtlarım haçan olur? (gülür). Çalışıram, özümü ələ alım, əsəbləşməyim. Son zamanlar ancaq “zəncir çeynəmirəm” (gülür). Daha sakitəm.
- Sizi belə tez-tez əsəbləşməyə vadar edən nədir ki?
- Hər şey. Söz deyəndə qarşımdakıların məni anlamaması, ən çox da yolda avtomobil idarə edərkən olur belə hallar. İşlərimin mənasız səbəblərdən alınmaması. İnsanların bir-birinə get-gedə daha çox hörmətsizcəsinə yanaşması, jarqon sözlərin ədəbi dil kimi insanlar arasında daha geniş yayılması və o şəkildə də bir-birlərinə müraciətləri və s. Səbəb çoxdur, saymaqla bitməz.
- Əlinizdən nəyi aldılar?
- Nəyim var ki alsınlar?.. (gülür)
- Nəzərinizdən nə qaçmır?
- Əslində çox şey qaçır. Hər şeyə, hər sözə fikir vermirəm, amma elə olur ki, ikimənalı danışanların əslində nəyə işarə etdikləri nəzərimdən qaçmır. Beynimə həkk olunur (gülür).
- Siz ən çox səyahət edən müğənnilərdən birisiniz. Daimi qalası olsanız, hansı ölkəni seçərsiniz?
- Bilmirəm, əslində bir yerdə çox qalmağı sevmirəm. Çox böyük yer olsa da, gəzib-gördükdən sonra adiləşir. Ondan sonra başqa yerlərə can atırsan ki, daha da çox gəzəsən. İstəyərdim ki, hər yanı gəzmək imkanım olsun.
- Hansı tip insanlardan müdafiə olunmaq çətindir?
- Hiyləgər və zavallı insanlardan. Yəni ki, özünü zavallı göstərən, amma əslində sənin hisslərindən sui-istifadə edən insanlardan müdafiə olunmaqsa çox asandır.
- Sizin qəddarlığınız yoxdur?
- Var... Hərdən elə hallar olur ki, çox qəddar davrana bilirəm, amma vaxt keçir və fikirləşirəm ki, niyə beləyəm. Amma faktdır ki, qəddarlığım var.
- Fakt olan başqa nədir?
- Özüm, yaşayıramsa, bu mənim həyatda olmağımın faktıdır. Başqa faktlar boş şeylərdir.
- Boş vermək bu qədər asandır?
- Əlbəttə ki, yox. Amma hər il bir az daha da böyüyürsən, hər şeyə daha səthi baxırsan, nəticə etibarilə, boş vermək asanlaşır.
- Kiminlə görüşə tələsirsiniz?
- Əgər görüşdürsə, tələsmirəm. Yalnız işimlə əlaqəli tələsə bilərəm. Tələsməkdən xoşum gəlmir.
- Uzun müddət Hindistanda qaldınız. Bura ilə oranın fərqini nədə gördünüz?
- Əslində fərq dində, yaşayış tərzində var bir az. Orada Avropadakı kimi özümü yad yerdə hiss etmirdim. Bəlkə, ora Asiya, Şərq ölkəsi olduğundan onları anlamaq və ya onların bizi anlaması daha asandır. Nəinki Avropa, yaxud okeanın o tayı...
Lakin oradakı insanlar çirkaba, bu problemin həllinə elə biganə yanaşırlar... Ümumilikdə isə hər yerin yaxşı və pis cəhətləri var. Mən Hindistanı xoşlayıram. Böyük tarixi mədəniyyətin bünövrəsi olan bir ölkədir. Bu zəngin mədəniyyət abidəsini bəyənməmək olmaz.

Комментариев нет:
Отправить комментарий