четверг, 9 апреля 2015 г.

Çox içəndə quşbeyin oluruq... - SOS!

Amerikalı araşdırmaçılar spirtli içkinin insan beyninə təsirini ölçmək üçün gözəl melodiyalar səsləndirən “Zebra ispinozu” adlı quşu seçiblər. Bu quşların içkili vəziyyətdə davranışları çox içən insanların davranışlarına bənzəyir.
Araşdırmaçılar quşların insanların danışıq qabiliyyətini araşdırmaq üçün çox yaxşı nümunə olduğunu bildiriblər. Hər “Zebra ispinozu”nun özünəməxsus melodiyası var. Araşdırmaçı Xristofer Olson səhərlər spirtli içkilərə həvəsli olan quşların sularına 6% spirt əlavə etdiklərini deyib. Bir müddət sonra quşların daha çox mahnı oxuduqlarını, lakin səslərinin bir az batıq, dağınıq və xırıltılı çıxdığını deyib. Araşdırmaçı bildirib ki, onların səsləri içki içəndə səsini idarə edə bilməyən insanların səsinə çox oxşayır. İçkinin təsiri gənc quşlarda daha çox müşahidə edilib.
Qeyd edək ki, “Zebra ispinozları” yuva qurmazdan əvvəl bir çox fərqli melodiyaları test etmək və müəyyən müddət sonra öz melodiyalarını yaratmağa meyl edən quşlardır. Lakin içkili quşlar 55 gün sonra fərqli melodiyaları yox, sadə melodiya seçiblər. Bu isə içkinin quşların beyninə zərər verərək onların öyrənmək qabiliyyətinə mane olduğunu göstərir.

Комментариев нет: