İTV-də yayımlanan “Antrakt” verilişinin növbəti qonağı xalq artisti Mələkxanım Əyyubova olub.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı sənətə gəldiyi günləri xatırlayıb:
“Bu sənətə çox tərəddüdlə gəlmişəm. Ailəmizdə hamı musiqi ilə məşğul olurdu. Bizim evimizdə muğam, aşıq havaları səsləndirilirdi. Oxumağın böyük məsuliyyət olduğunu dərk edirdim. Bütün günü düşünürdüm ki, mən böyük sənətkarların qarşısında necə seviləcəm? Bir də ailə haqında fikirləşirdim. Deyirdim ki, müğənni ilə kim ailə qurar? Hər zaman ailə-uşaq arzusunda olmuşam. Sonra elə oldu ki, həyat yoldaşım müğənnilik etməyimə razılıq verdi”.
Qeyd edək ki, Kamran Quliyevin aparıcılıq etdiyi “Antrakt” hər həftənin çərşənbə axşamı saat 22:30-da yayımlanır.
Комментариев нет:
Отправить комментарий