понедельник, 13 апреля 2015 г.

Dördəm dünyaya gətirən ən yaşlı qadın olacaq

65 yaşındakı qadın 4 uşaq dünyaya gətirəcək.
Axşam.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, Almaniyanın Berlin şəhərində yaşayan, 13 uşağı və 7 nəvəsi olan ibtidai məktəb müəlliməsi Annegret R. ana olmağa hazırlaşır.
Annegret bir neçə dəfə ölkə xaricində süni mayalanma yolu ilə hamilə qalıb. 13-cü uşağını 2005-ci ildə dünyaya gətirən qadının sağlamlığında heç bir problemin olmadığı qeyd edilir.
Doğuşdan sonra uşaqların sayı 17-yə çatacaq, dünyanın ən yaşlı dördəm dünyaya gətirən qadını olaraq tarixə düşəcək.  Hal-hazırda ən kiçik övladının 9, ilk uşağının 44 yaşında olduğu bildirilir.

Комментариев нет: