понедельник, 27 апреля 2015 г.

Elza Tahir İmanovla barışdı - Fotolar

Əməkdar artist Elza Seyidcahan küsülü olduğu “Planeta Parni iz Baku”nun aktyorları ilə barışıb.
Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhətində müğənni özü xəbər edib.

O, dünən teatrın “Hamı AvrOppalara” adlı konsertinə qatılıb:

“Teatrın konsertini izləməyə getdim. Aramızdakı küsülülük bitdi”.

Qeyd edək ki, əməkdar artist Tahir İmanov E.Seyidcahanın Mikayıl Müşfiqin əsərini "Ha-ha ha..." tərzdə ifasını parodiya etmişdi. Müğənni bu parodiyadan sonra aktyorlardan incimiş, onları məhkəməyə verməklə hədələmişdi.
 
 

 

 

 

 

 

 

Комментариев нет: