пятница, 24 апреля 2015 г.

Emin: "Sevindiyimdən necə qışqırdımsa..."


Müğənni-bəstəkar Emin Rusiyanın “Hello” dərgisinə müsahibə verib.
Axşam.az-ın məlumatına görə, ifaçı Avropa turnesindən danışıb:

“Madriddə olanda hava limanında sənədlərimi təqdim etdim. “Emindir. Baxın Emin” deyə qışqırdılar. Təəcübləndim. Xarici ölkədə məni müğənni kimi tanımaları sevindirici haldır. Hələ də bunun baş verdiyinə inanmıram. Başqa ölkədə məşhurlaşmaq mənə reallaşmayacaq arzu kimi gəlirdi. Avropada olanda musiqiçilərlə birlikdə taksiyə əyləşdik. Radioda mənim “Amor” mahnım səslənirdi. Sevindiyimdən necə qışqırdımsa, sürücü başa düşdü və imza istədi. Ümid edirəm ki, bütün Avropanın qəlbini qazana biləcəm”.
 
 

 

 

 

 

Комментариев нет: