вторник, 21 апреля 2015 г.

"Evim on otaqlıdır" - əməkdar artist

Əməkdar artist Cavanşir Məmmədov oğlu və gəlini ilə eyni evdə yaşadığını bildirib. 
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Yeri gəlmişkən” verilişində deyib:
“Oğlum ailə qurmazdan əvvəl ona ayrı ev almışdım. Övladımı dostumun qızı ilə evləndirdim. Evim on otaqlıdır. Oğluma təklif etdim ki, istəsə ayrı, istəsə bizimlə qalsın. Amma mənimlə birlikdə yaşayır. Bu cür həyatdan zövq alıram. Mən də anamla bir yaşamışam. Təkdir, məndən başqa nə qızı, nə də oğlu var. İndiyə kimi də anamla yoldaşım arasında söz-söhbət olmayıb. Olsa da, mən bilməmişəm. Evə gələndə qaşqabaq görməmişəm. Buna görə də cavan qalmışam".

Комментариев нет: