Hollivudun qalmaqallı ulduzu Lindsi Lohan “Homme Style Magazine” jurnalı üçün obyektiv qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, il yarımdır Londonda yaşayan 28 yaşlı aktrisa ABŞ-a qayıtmaq fikrinin olmadığını bildirib:
“Yaxın gələcəkdə evimə qayıtmağı düşünmürəm. İşimdən ötrü, ailəmi görmək üçün Los-Anceles və Nyu-Yorka gedəndə Londondan ötrü çox darıxıram, qayıtmaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, L.Lohan Amerikada yaşayarkən daim sərxoş halda avtomobil idarə etməklə gündəmə gəlirdi.
Комментариев нет:
Отправить комментарий