Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs millət vəkilliyinə namizəd ola bilməməsi haqda açıqlama verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, Tvitter hesabında bunu sağlamlığı ilə əlaqələndirərək əlavə şərhlər verilməməsini istəyib:
"Sağlamlıq problemim olduğu üçün millət vəkilliyinə namizəd olmadım. Amma nə incidim, nə də küsdüm... Heç kim bunu başqa tərəfə yozmasın".
Qeyd edək ki, ABŞ-da müalicə alan müğənni millət vəkilliyinə namizədlik üçün sənədlərini vermişdi.
Комментариев нет:
Отправить комментарий