среда, 15 апреля 2015 г.

“Həmişə cəsur olmağı sevmirəm, mentalitetimiz var”

 
Müğənni Aysel Əlizadə yaradıcılıq yeniliklərindən və planlarından danışıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı yeni klip çəkdirməyə hazırlaşdığını bildirib:
“Yeni dünyam” adlı klipim olacaq. Türkiyədə, ya Azərbaycanda çəkiləcəyi ilə bağlı hələ qərar verməmişik. Ölkəmizdə də son zamanlar izlədiyim, bəyəndiyim gənc rejissorlarımız var”.
Aysel bəyəndiyi rol olarsa, filmə çəkilə biləcəyini deyib:
“Əslində bu cür imkanlar çoxdur. Mənim üçün obraz, keyfiyyət önəmlidir. Təbii ki, çəkilişin səviyyəsinə baxdıqdan sonra bu haqda düşünə bilərəm”.
A.Əlizadə fərqli fotosessiyalar etdirməyi çox sevdiyini söyləyib:
“Təkliflər var. Cəsarətli geyimlərdə də fotosessiya etdirə bilərəm. Hər şey mümkündür. Ancaq həmişə cəsur olmağı sevmirəm. Çünki mentalitetimiz var. Hər şey qədərində olmalıdır”.
 

 

 

 

 

 

Комментариев нет: