понедельник, 13 апреля 2015 г.

İcra strukturlarında “Vətəndaşların onlayn qəbula yazılması” elektron-xidmətinin tətbiqi planlaşdırılır


Yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edərək vəzifəli şəxslərin qəbuluna "Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsinin təmin edilməsi üçün "Vətəndaşların onlayn qəbula yazılması" adlı elektron-xidməti hazırlanıb. İlkin olaraq bu xidmət Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) üzrə mart ayından vətəndaşların istifadəsinə təqdim olunub. Yeni xidmət vasitəsilə vətəndaşların RİH-in səlahiyyətli şəxslərinin qəbuluna yazılması və prosesin onlayn izlənilməsi mümkün olub. Mərkəz tərəfindən tezliklə digər xidmətlərin də elektronlaşdırılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov e-xidmətin digər icra strukturlarına da tətbiqinin planlaşdırıldığını bildirib.

 

Комментариев нет: