среда, 8 апреля 2015 г.

İlhamə Elnurun ifasından danışdı - Foto


Azərbaycanı Avropada uğurla təmsil edən müğənni İlhamə Qasımova “O səs Türkiyə”nin qalibi Elnur Hüseynov və onun həmin musiqi yarışmasında ifasından danışıb

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda xanım müğənni “Əsl şou” verilişində söhbət açıb.

“Qalib gəlməyinə sevindim. Amma çıxışlarından bəzilərini bəyənmirdim. Mən obyektiv olmağı sevirəm. Elnur çox istedadlı insandır. O, falset səslə ifa etməyi çox sevir. Amma elə mahnılar var ki, bu səslə çox oxumağın yeri yoxdur. Elnur “O səs Türkiyə” yarışmasında olan bütün uşaqlardan güclü idi. Orada olan həm türk, həm də həmyerlilərimizi nəzərdə tuturam”.
 
Müğənni, həmçinin Elnurun bu il “Eurovision” müsabiqəsində ifa edəcəyi mahnıdan da danışıb.
 
“Onun builki “Eurovision” musiqi yarışmasında ifa edəcəyi mahnı da çox gözəl mahnıdır. Çox gözəl də ifa edib”.
 
Maraq üçün bildirək ki, Elnur “Eurovision” musiqi yarışmasında səhnəyə 21 mayda ikinci yarımfinalda çıxacaq. Azərbaycanı təmsil edəcək müğənni “Hour of the Wolf” mahnısını ifa edəcək.


Комментариев нет: