четверг, 9 апреля 2015 г.

Jerar Depardye daha Rusiyada yaşamaq istəmir

2013-cü ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək qonşu ölkəyə köçən 66 yaşlı fransız aktyor Jerar Depardye Avropaya qayıtmaq qərarına gəlib. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor bu dəfə Belçikada məskunlaşmaq niyyətindədir. Jerar artıq Çeçenistan lideri Ramzan Kadırov tərəfindən ona bağışlanılmış beşotaqlı mənzilini də satıb. 

O, bütün əşyalarını hazırlayaraq Belçikaya yola düşmək ərəfəsindədir. Bu barədə J.Depardyenin özü televiziya verilişlərinin birində məlumat verib. 

Aktyor bildirib ki, Rusiyadan köçməsi bəzi işləri ilə əlaqədardır. Lakin fransız ulduzun bu sözlərinə şübhə ilə yanaşanlar var. Belə ki, onun Rusiyadakı iqtisadi böhrana tab gətirmədiyi və oradakı həyat tərzinə uyğunlaşa bilmədiyi deyilir. 

Xatırladaq ki, Fransa vətəndaşlığından imtina edərək şəxsiyyət vəsiqəsini şəxsən prezident Vladimir Putinin əlindən alan Jerar çox xoşbəxt olduğunu və özünü əsl rus hesab etdiyini demişdi. Hazırda isə o, fikrini “Rusiya şəxsiyyət vəsiqəm olsa da, mən fransız olaraq qalıram” şəklində dəyişib.

Комментариев нет: