суббота, 11 апреля 2015 г.

Jurnalistlər arasında sorğu: Sizi ən çox qıcıqlandıran müğənni kimdir?

“Natavan Həbibi, Sevil və Sevinc bacıları müəyyən əməllərinə görə qıcıq yaradırlar”.
Oxu.Az bir neçə media nümayəndələri və jurnalistlər arasında “Sizi ən çox qıcıqlandıran müğənni kimdir?” adlı sorğu keçirib.
Cavablar çox müxtəlif olub:
Yalçın Süleymanov (Lent.az-ın şou yazarı):
-Şou-biznesdə hər kəsin öz yeri var. Məni qıcıqlandıran müğənni yoxdur. Amma məni görəndə narahat olan, qıcıqlanan şou-biznes nümayəndələri var.  Bu da onların öz problemidir. Amma ümumilikdə götürsək, şou əhli ilə problemim yoxdur. Özünə dəyər verən hər kəsə hörmətim var.
Şahin Cavadsoy (maqazin jurnalisti və PR menecer):
-Məni bir neçə müğənni qıcıqlandırır. Amma səmimiyyətimə inanın, onların kimliyini açıqlayıb şərəf vermək istəmirəm. Qoy, oxucular bu cümlələri oxuyub qıcıqlanmasınlar. Həmin o müğənnilərin adlarını açıqlasam maqazin proqramlarına müsahibə verib, bu açıqlamadan ucuz piarları üçün yararlanacaqlar.
 Elvin Əhmədov (Oxu.Az-ın əməkdaşı):
- İlhamə Quliyeva. Səsi, böyük bir nailiyyəti olmaya-olmaya, ozünü vacib persona göstərdiyi üçün.
Fuad Mədətov (PostNews.Az-ın baş redaktoru):
-Azərbaycan böyükdür, əlində mikrafon tutanlar çoxdur. Əslində, Azərbaycan müstəqil olduqdan sonra qıcıq yaradacaq müğənnilər daha da çoxaldı və çoxalmaqdadır. Qədir Məmmədov (Qızılsəs), Cavad Rəcəbov, Aşıq Mübariz, Aşıq Telli və bu zümrədən olan ifaçıların bəziləri insan amalında qıcıq yaradacaq qədər fərasətlidirlər.
Estrada müğənnilərindən Natavan Həbibi, Sevil və Sevinc bacıları və başqaları müəyyən əməllərinə görə qıcıq yaradırlar.
Feliks Vişnevetski (1news.az-ın şou yazarı):
-Belə muğənillər az deyil. Onlar zövqsüzdürlər, adlarını çəksəm siyahı çox uzun olar.
Nərmin Kazımova (Oxu.Az-ın idman jurnalisti):
-Mən yeni  ifaçılara qulaq asmıram. Bəzi ifaçılar cəmiyyətin onlara göstərdiyi diqqətdən istifadə edib tərbyəsizliyə yol verməsinlər. Əgər cəmiyyət sənə hörmət edirsə, deməli yerini, danışığını bilməlisən. “Mən” ifadəsini çox işlətməsinlər. Onsuz da hər kəs bir “Mən”dir.
Rəvan Nasiroğlu (maqazin jurnalisti):
-Orxan Babazadə. Onu uğursuz müğənni kimi qəbul edirəm.
Azər Nəsibov (jurnalist):
-Məni heç biri qıcıqlandırmır. Kiməsə görə qıcıqlanmaq zəif insana xas xüsusiyyətdir.

Комментариев нет: