четверг, 9 апреля 2015 г.

Əli və Ninonun ilk birgə fotosu

Məlum olduğu kimi, Bakıda Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan "Əli və Nino" filminin çəkilişləri davam edir.
Axşam.az buro247.az saytına istinadən Əli və Nino cütlüyünün filmdən olan ilk birgə fotosunu təqdim edir.


Aprelin 1-dən etibarən "İçərişəhər"də yenidən başlayan çəkilişlər ayın 14-dək davam edəcək. Ötən gün 1918-ci ildə baş vermiş Bakı döyüşünün səhnələri çəkilib.





Filmin çəkilişləri Azərbaycan Dövlət Opera və Balet teatrında da aparılıb. Əli və Nino Bakı şəhər opera teatrında "Yevgeni Onegin" tamaşasını izləməyə gedirlər. Məhz burada Əli erməni Məlik Naçararyanın Ninoya laqeyd olmadığının bir daha şahidi olur.




Bundan başqa, çəkilişlər Qubanın qədim Xınalıq kəndində də aparılıb. Burada Əli və Ninonun Dağıstan səfəri göstərilib.


Əsərdə köhnə Bakı, Bibiheybət neft mədənləri sahəsi barədə söhbət açılır. Artıq bu səhnələrin də çəkilişi yekunlaşıb. Bakıdan sonra çəkilişlərin İran, İstanbul və Tbilisidə aparılması planlaşdırılır.

Комментариев нет: