“Alın yazım” serialında Səlma obrazını canlandıran aktrisa Səlma Özləm Durmaz Hollivud ulduzu Ancelina Coliyə bənzədilməsindən danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bununla bağlı maraqlı xatirəsini bölüşüb:
“Ancelina Coli bəyəndiyim xanımdır. Ona oxşadılmaq mənim üçün çox xoşdur. Yayda Bodrumda tətildə ikən turistlərlə dolu bir avtobusa mindim. Məni görən kimi “Ancelina” deyə qışqırmağa başladılar. Utandığımdan nə edəcəyimi bilmədim. Avtobusdan düşənə qədər şəkillərimi çəkdilər. Küçə ilə gedərkən də ona oxşadığımı deyənlərlə rastlaşıram”.
Комментариев нет:
Отправить комментарий