Məşhur fransız müğənni Kelli Coys Bakıdadır.
Axşam.az-ın məlumatına görə, əməkdar artist Tünzalə Ağayeva onunla birlikdə Bakı Avropa oyunlarına həsr olunmuş “Bakımın üzü gülür” adlı duetini yazdırır. Bu barədə T.Ağayeva sosial şəbəkədə Kelli Coysla fotosunu paylaşaraq yazıb.
Əməkdar artist K.Coysla işbirliyinin onun istəyi ilə baş tutduğunu bildirib:
“Kelli qaradərilidir. Avropalıdır və Bakını çox sevir. Azərbaycanda olub, tədbirlərə qatılıb. Onunla tanış olanda ideyamı söylədim. Dedi ki, istəyirəm mənim də Bakıya bir töhfəm olsun. Təmənnasız işbirliyi qurduq. Yaxın günlərdə mahnını təqdim edəcəyik”.
Qeyd edək ki, mahnının azərbaycan versiyasının sözləri İsmayıl Dadaşova, musiqisi Tünzalə Ağayevaya, aranjimanı Emin Kərimə məxsusdur.

Комментариев нет:
Отправить комментарий