вторник, 14 апреля 2015 г.

"Övladıma müğənni qız almaram deyən müğənnilərin özlərində problem var" - Video


Müğənni Səidə Sultan "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Tanınmış müğənni son vaxtlar tez-tez müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşüb:
"Övladıma müğənni qız almaram deyən müğənnilərin özlərində problem var, yəqin, özlərinin xofu var deyə elə deyirlər. Mənim övladım olsa, o, kimi istəsə, qəbul edərəm, çünki mən özümə əminəm, digərləri kimi deyiləm".
Sənətçi aparıcılığını tənqid edənlər haqda sərt danışmaqdan çəkinməyib:
"Aparıcılığımı bəyənməyənlər, paxıllıqdan yananların özləri bir vaxtlar efirdə qazan qarışdırıb, soğan qovururdular. Əlbəttə ki, məni istəməyənlər ağızlarına gələni deyəcəklər, normal bir şeydir. Onların sayı da həddən artıqdır. Mən elə insanlara yazıq kimi baxıram. Mən beləyəm, siz məni sevin deyə dəyişməyəcəyəm. Çox çətinliklərdən keçmişəm, məni çox əziblər".
Müğənni həyatındakı dəyişikliklərdən danışıb: "Neçə illik dostluğumu bitirmişəm. İllərdir dostum olan şəxs elə bir hərəkət etdi ki, bağışlaya bilmədim. Həmişə üstündən keçmişəm, amma son vaxtlar elədiklərini qəbul edə bilmədim. O dostluğun qəbrini qazıb basdırmışam. Fatehəsini də verib, halvasını bişirib paylamışam, hələ üstəlik, yemişəm də. Adını efirdən çəkmirəm, özü baxanda biləcək, onsuz da".
 

Комментариев нет: