среда, 22 апреля 2015 г.

"Özümü niyə biabır edim?" - Afaq Gəncəli

ATV-də yayımlanan "Onlar" verilişinin aparıcısı Afaq Gəncəli yeni layihələrdə görünməməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində o, uğursuzluqdan qorxduğunu bildirib:

“Bir çox yeni layihələr var ki, həmkarlarım edib və uğursuz alınıb. Bu cür halla qarşılaşmaqdansa, yerimdə oturub, bir verilişlə kifayətlənirəm. Mən reklam xatirinə nə gəldi edə bilmərəm. Azdan-çoxdan hörmət, sevgi qazanmışam. Efirdə çox görünmək xatirinə özümü niyə biabır edim ki? Qazandıqlarımı itirmək istəmərəm. Yeni layihə ilə bağlı təklif gələrsə, baxaram. Mən sponsor axtaran, ona-buna yalvaran deyiləm”.

A.Gəncəli film təklifləri aldığını, amma razılaşmadığını da bildirib:

“Ssenarilərə baxmışam. Özümü o layihədə görməmişəm. İstəyirəm yaddaqalan, fərqli bir rolda oynayım. Fərq etməz – ifritə, cadugər, qatil... Təki insanlar desin ki, halal olsun sənə obraza girə bildin. Bu yaxınlarda daha bir film təklifi gəlib. Maraqlıdır, bəlkə orada çəkildim”.

Aparıcı yeni çəkilən ekran işlərində bəyənmədiyi məqamlardan danışıb:

“Rejissorluğu bitirmişəm. Ona görə də filmə baxanda peşəkar yanaşıram. Çox səhvlərə rast gəlirəm. Amma heç bir rejissora çəkdiyi filmi pisləmirəm. Azərbaycanda film yeni inkişaf edir. Pisləyib, rejissorları ruhdan salmaq lazım deyil”.

Комментариев нет: