"Lair of the Megashark" sənədli filminin çəkilişləri zamanı nəhəng ağ köpəkbalığı çəkiliş qrupuna hücum edib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qorxulu olay Yeni Zelandiyanın Stüard adasının sahillərində yaşanıb.
Köpəkbalıqları üzrə ekspertlər Ceff Karr və Endi Kasaqrandenin olduqları kiçik qayıq katerə trosla bağlanmışdı. Cefflə Endi ətrafda üzən köpəkbalıqlarını fotolarını və videosunu çəkirdilər.
Bu zaman nəhəng ağ köpəkbalığı sudan atılaraq kiçik qayıqdakı insanları parçalamağa çalışıb. O, əvvəlcə qayığın katerə bağlandığı trosu gəmirməyə başlayıb.
Daha sonra isə yırtıcı kiçik qayığı vuraraq onun ləngərinə çalışıb. Balığın məqsədi adamları qayıqdan suya salmaqdı.
Qorxulu anların yer aldığı "Lair of the Megashark" filmi Discovery TV telekanalında nümayiş olunub.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
Комментариев нет:
Отправить комментарий