понедельник, 27 апреля 2015 г.

"Qətiyyən ailə qurmaq istəmirəm" - Natavan

Müğənni Natavan Həbibi “Region TV”də yayımlanan “Şou məkan” verilişinə şəxsi həyatı ilə bağlı açıqlamalar verib. 
Axşam.az-ın məlumatına görə, ifaçı ailə qurmaqdan çox qorxduğunu etiraf edib: 

“Təsəvvür edə bilməzsiniz, mən necə qorxuram. Bir neçə elçi düşdü, indi seçim gedir. Bəlkə toyum oldu. Mənim xarakterim elədir ki, sevmədiyim biri ilə ailə qurmaram. İndi bir az stress keçirirəm. Öz-özümə deyirəm, ay Allah, mən də ailə quracam, mənim də evim, ərim olacaq...”. 

Natavan ailə qurmağın düşündüyü kimi asan iş olmadığını deyib: 

“Bu, mənim üçün çox çətin məsələ imiş. Əvvəl deyirdim, bu lazımdır, ərə getməliyəm. Bu iş məni qorxutdu. Açığı desəm, indi bunu özümdə heç hiss etmirəm. Artıq qətiyyən ailə qurmaq istəmirəm”. 

N.Həbibi ailə qurduqdan sonra efirlərdən uzaqlaşacağını bildirib: 

“Mən xoşbəxt olsam da, tamaşaçılar bunu görməyəcəklər. Çünki, evləndikdən sonra efirlərə çıxmayacam. Klip, mahnı ola bilər, ancaq verilişlərə, toylara getməyəcəm. Artıq indidən el şənliklərində oxumuram, qaldı ki, ərə gedəndən sonra...”. 



Комментариев нет: