Mayamidə beyin əməliyyatı keçirən müğənni İbrahim Tatlısəsin Ayşəgül Yıldızla evliliyindən dünyaya gələn qızı Elif Adanın 2 yaşı tamam olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Yıldız qızının ad gününü İnstaqramda yazdığı mesajla təbrik edib:
“Gözəl körpəm... 2 il əvvəl səni qucağıma alanda əvvəl bilmədiyim bütün duyğuların hamısını yaşadım. Rəbbimin necə bir möcüzə yaratdığına heyranlıqla baxaraq ağladım... Sən doğulandan həyatıma xoşbəxtlik gətirmisən... Mənə elə gözəl hisslər yaşatmısan ki... Arzu edirəm, həyatın boyunca çox daha yaxşılarını yaşayasan... Allahım hər zaman səni qorusun... Neçə gözəl illərə çıxasan, mənim balaca şahzadəm!”.
Комментариев нет:
Отправить комментарий