среда, 15 апреля 2015 г.

"Rejissor yox, klipmeykerdir"

Aktyor İslam Mehrəliyev rejissor Kənan M.M.-in ünvanına sərt sözlər deyib.
Axşam.az-ın məlumatına görə, o, Kənanı rejissor yox, klipmeyker adlandırıb:
“İncəsənəti qurtarsam da, özümə aktyor demirəm. Çünki mən hələ öyrənirəm. Sözümün üstündə dayanıram, indi rejissor yoxdur. İndikilər klipmeykerlərdir. Yaxşı operatora da ssenari versən, film çəkəcək. Mənim “Azərbaycanda rejissor yoxdur” sözlərimə görün bir nəfər peşəkar cavab verdi? Rövşən İsak sözünü demiş rejissordur, mənə nəsə dedi? Onun səs-sorağı çıxmadı. Mənə irad tutan rejissor yox, klipmeykerdir. Kimləsə küsülü qalmıram. Sabah onunla haradasa üz-üzə gəlsəm, salam verəcəm. Çünki salamın 70 savabı var”.
Qeyd edək ki, İ.Mehrəliyevin rejissorlarla bağlı dediyi sözlər qalmaqala səbəb olub. Kənan M.M. aktyora “Ola bilsin ki, o, durduğu yerdən məni görmür. Kənan M.M-i görməsi üçün yerini dəyişməlidir. Onunla prinsip aparmaq, cavab vermək mənə yaraşmaz. İslamı filmimə çəkmərəm. Bu, onun üçün təhqir olar. Dediklərinə görə, özü-özünü bağışlamaz. Elə ömrü boyu da belə qalsın”, - deyə cavab vermişdi.

Комментариев нет: