среда, 15 апреля 2015 г.

Ruhəngiz Musəvi qızına görə peşmandır

Əməkdar artist Ruhəngiz Musəvi qızı Laləni tez ərə verməsindən şikayətlənib.
Axşam.az-ın məlumatına görə, ifaçı “Yeri gəlmişkən” verilişində qohum evliliklərinin də uğursuz ola biləcəyini deyib:
“Qızımın əvvəl öz istədiyi var idi. Məktəb illərindən bir-birlərini sevirdilər. Ailə qurmalarına razı deyildim. Ancaq məni güclə yola gətirmişdilər. Lakin daha sonra öyrəndim ki, oğlan qızımla evlənəndən sonra Antalyaya köçəcək. O, mənim yeganə övladımdır, məndən uzağa getməsini istəmədim. Qızıma dedim ki, əgər səni sevirsə, ona de, burada qalıb yaşayın. Oğlan razılaşmadı. Sonra qızımla qayınanamın qardaşı oğlu evləndi. Amma onu da deyim ki, qohum da yalan şeydir. Məni elə tələsdirdilər ki, qızımı tez ərə verdim, amma sonra... Ancaq artıq bir nəvəm var”.

Комментариев нет: