пятница, 17 апреля 2015 г.

"Sevinirəm ki, qızım yoxdu, yoxsa yazıq olardı" - Mətanət VİDEO

 

"Qız atası" serialında 4 qız anası olan Nəzakət obrazı ilə sevilən aparıcı Mətanət Əliverdiyeva övladlarından danışıb.
ATV.az məlumat verir ki, iki oğul anası olan Mətanət Əliverdiyeva qızı olmadığı üçün sevindiyini qeyd edib:
"Mən sevinirəm ki, qızım yoxdu, yoxsa yazıq olardı. Qızım olsaydı, saçları əlimdə qalardı. Qız böyütmək çox çətin işdi, məsuliyyətlidir. Elə şeylər var ki, ana ört-basdır etməlidir, amma dünyasında məcbur etmək olmaz ərə getməlisən. Məni necə sərbəst böyüdüblərsə, elə qız böyüdərdim. İnsan seçimində sərbəst olmalıdır. Oğlanlarıma da sərbəstlik verirəm. Böyük oğlum etdiyi hərəkətlərdə azaddır. Balacanın da öz qərarları var. O nəyisə dağıdanda, sındıranda vecimə almıram. Çünki o uşaqdı"

Комментариев нет: