пятница, 24 апреля 2015 г.

Türkiyəli müğənni Aygün və Gövhərdən danışdı


Türkiyənin ATV telekanalında yayımlanan “Zahidə ilə yetiş həyata” verilişində xalq artisti Aygün Kazımova və bəstəkar Gövhər Həsənzadədən bəhs edilib.
Axşam.az-ın məlumatına görə, proqramın qonağı olan ifaçı Zeliha Sunal A.Kazımovanın “Nankor” mahnısını səsləndirib. Bəstə ilə bağlı açıqlama verən sənətçi bunları deyib:

“Mahnını Azərbaycanın divası Aygün Kazımova oxuyub. Bəstə isə çox gözəl bir qadına – Gövhər Həsənzadəyə aiddir”.

Aparıcı Zahidə isə “Gövhər xanımla eyni verilişdə qonaq olmuşduq. Dünya gözəlidir. Çox yaxşı xanımdır” deyə, əlavə edib.



Комментариев нет: