Daha bir türkiyəli sənətçi xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. Axşam.az-ın məlumatına görə, bu dəfə Zeliha Sunal müğənninin “Nankor” mahnısını oxuyub. O, bəstəyə klip də çəkdirib. Ekran işinin tanıtım çarxı “Youtube”da yerləşdirilib və bəstənin müəlliflərinin adları qeyd olunub.
“Nankor”un sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsusdur. Mahnının türk versiyasının sözlərinə Ayşə Birgül Yılmaz düzəliş edib.
Qeyd edək ki, Türkiyədə A.Kazımovanın mahnılarını indiyədək Ajda Pekkan, Müslüm Gürses, Damla Koç və digər müğənnilər oxuyub.

Комментариев нет:
Отправить комментарий