Dünən axşam Heydər Əliyev Sarayında Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Axşam.az-ın məlumatına görə, tədbirdən əvvəl sarayın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.
Yubiley tədbiri V.Mustafazadənin həyat yoluna həsr olunmuş videoçarxın təqdimatı ilə başlayıb. Gecə boyu cazmenin həyatının bütün dövrlərini əks etdirən roliklər təqdim olunub.
Gecənin açılışında əməkdar artist Teyyub Aslanovun ifasında muğam təqdim edilib. Sonra Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri V.Mustafazadənin fortepiano və orkestr üçün konsert əsərini səsləndirib. Solist kimi xalq artisti Fərhad Bədəlbəyli çıxış edib.
Gecənin açılışında əməkdar artist Teyyub Aslanovun ifasında muğam təqdim edilib. Sonra Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri V.Mustafazadənin fortepiano və orkestr üçün konsert əsərini səsləndirib. Solist kimi xalq artisti Fərhad Bədəlbəyli çıxış edib.
Yubiley gecəsində “Cəngi” qrupu, xalq artisti Ənvər Sadıqov, “Qaya” Dövlət Ansamblı, caz trio, “Rast” qrupu, Rəşid Behbudov adını Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri, əməkdar artist İsfar Sarabski çıxış ediblər.
Sonda Vaqifin “Düşüncə”si öz ifasında yenidən təqdim edilib və gecənin iştirakçıları səhnəyə çıxaraq Vaqif Mustafazadəni bir daha alqışlayıblar.
Tədbirdə dövlət rəsmiləri və sənət adamları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan caz musiqisinin banisi, bəstəkar, pianoçu, əməkdar incəsənət xadimi V.Mustafazadə 1940-cı il, martın 16-da İçərişəhərdə anadan olub.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
O, 16 dekabr, 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.
Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadın sənətçisi olub. Qızı Əzizə Mustafazadə atasının yolunu davam etdirir.
Комментариев нет:
Отправить комментарий