Avstriyanın ORF yayım şirkəti paytaxt Vyananın “Wiener Stadthalle” arenasında “Eurovision-2015” hazırlığına başlayıb.
Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, müsabiqənin rəsmi saytında qeyd olunub ki, arenada ilk hazırlıq təhlükəsizliyin yoxlanılmasından başlanıb.
Təşkilatçılar növbəti həftələrdə müsabiqənin keçiriləcəyi bütün ərazini, səhnədən tutmuş mətbuat mərkəzinədək hazırlayacaqlar.
Qeyd edək ki, ölkəmizi bu il mahnı müsabiqəsində Elnur Hüseynov təmsil edəcək. O, “Hour Of The Wolf” mahnısını oxuyacaq.
Комментариев нет:
Отправить комментарий