ATV telekanalından ayrılaraq ANS-də işə başlayan aparıcı Xoşqədəm Hidayətqızı yaradıcı heyət ilə telekanal rəhbərliyinin qəbulunda olub.
Axşam.az-ın məlumatına görə, yenə də "Səni axtarıram" proqramını təqdim edəcək aparıcı yeni iş yerindəki ilk fotosunu İnstaqram hesabında paylaşaraq yazıb:
"Dostlar, mən əvvəl işlədiyim kanaldan ayrılarkən kim "Səni axtarıram"ı seçdisə, onlar da gəldi. Bu gün əsas komandamla Vahid Mustafayevin və Mirşahin Ağayevin yanında olduq. Möhtəşəm bir görüş oldu. ANS həqiqətən bir məktəbdir. Biz ANS-dən kənarda olsaq da, elə o məktəbi keçirmişik. Qısası, döyüş alnımıza yazılıb".
Комментариев нет:
Отправить комментарий