Ötən illərdə “Google” tərəfindən satın alınan dünyanın ən böyük video portalı “YouTube”dakı videoları reklamsız izləmək mümkün olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “YouTube” reklam görmək istəməyən istifadəçilərinə xüsusi bir üzvlük təqdim edəcək. Lakin bu xüsusi üzvlük ödənişli olacaq.
Video portalın yaxın gələcəkdə istifadəyə verməyi planlaşdırdığı yeni xidmət sayəsində istifadəçilər ayda 10 dollar ödəməklə videoları reklamsız izləyə biləcəklər.
Комментариев нет:
Отправить комментарий