"Mən heç zaman deməmişəm ki, bir nömrəyəm. Sağ olsun tamaşaçılar və jurnalistlər, məni hər zaman belə təqdim edirlər. Təbii ki, bu, xoşuma gəlir".
Axşam.az xəbər verir ki, bu sözləri əməkdar artist Murad Dadaşov lent.az-a açıqlamasında deyib.
"Bu sahədə mənim həmkarlarım var. Məhz onlar inciməsinlər deyə, həmişə tapşırıram ki, ümumiyyətlə, birinci-ikinci məsələsi olmasın. Hər bir aparıcının öz aparıcılıq xüsusiyyəti var. Bunların arasında nöqsanlar da gözə çarpır. Mən özüm də qüsursuz insan deyiləm. Bilirəm ki, nöqsanlarım da olub. Hətta yaxınlarım mənə nöqsanlarımı, qüsurlarımı deyərkən bunu anlayışla qarşılayıram. Hazırda şoumen kimi Murad Arifi, Şəhriyar Əbilovu, teleaparıcı kimi Zaur Baxşəliyevi bəyənirəm" - deyə M.Dadaşov bildirib.
Əməkdar artist həmçinin müəllifi olduğu "Maşın" şou layihəsinin mayın 9-da ANS-də yenidən başlayacağını deyib:
"Layihə mayın 28-n qədər davam edəcək".
Комментариев нет:
Отправить комментарий