Aparıcı Zemfira Adıgözəlova rol aldığı "100 kağız" filminin qala gecəsinə qatılıb.
Uzun yarıqlı libası ilə diqqət çəkən aparıcı Axşam.az fotokamerası qarşısına keçib.
O, bir müddət əvvəl mediada yayılan açıq-saçıq fotosessiyasından da bəhs edib:
“Düşünürdüm ki, insanlar yaxşı qarşılayar. Bu qədər səs-küyə səbəb olacağını bilmirdim. Məyus oldum. Qınayan çox idi. Bu dərəcədə şişirtməyə ehtiyac yox idi. Dostumla dərdləşdim, dedi arxadan atılan daşlara fikir vermə. Şəkilləri bir neçə il əvvəl çəkdirmişdim. İndi paylaşmağımın səbəbi yeni layihəmdir. Bu fotosessiyanın davamı var. Tamaşaçını buna hazırlayıram. Yayda hər kəsə sürprizim olacaq”.
Z.Adıgözəlova “Açıq-saçıq filmdə çəkilərdiniz” sualına belə cavab verib:
“İlk növbədə filmi kimin ərsəyə gətirəcəyinə baxaram. Əndazəni aşmadan, mənə yaraşan açıq-saçıq obraza çəkilərəm. Biz Avropa deyilik. Çərçivəni keçə bilmərik. Çox filmə təklif almışam, razılaşmamışam. Çünki özümü o ssenarilərdə görmürəm”.
Комментариев нет:
Отправить комментарий